main-post-cover

    Neuralink-in beyin implantı maraqlı funksiya ilə öz imkanlarını genişləndirə bilər

    Elm & Texnologiya
    21.07.2020
    Emil Nəcəfov
        Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti hələ keçən il insan beyninə inteqrasiya edilmək üçün nəzərdə tutulmuş xüsusi çipi təqdim etmişdi. Sözügedən çipin ilk klinik təcrübələri bu ilin sonuna kimi başlamalıdır. İlkin olaraq bu elektron implant görmə, eşitmə və hərəkət funksiyalarının bərpa olunması üçün nəzərdə tutulurdu. Lakin indi məlum olub ki, şirkət mühəndisləri neyrointerfeysin daha bir maraqlı tətbiqini fikirləşiblər.
        Bu barədə 4pda saytı xəbər verib. Öz abunəçilərindən birinin beyinə inteqrasiya ediləcək çip vasitəsilə musiqiyə qulaq asmağın mümkünlüyü üzrə sualına cavab verən zaman Elon Musk qeyd edib ki, bu funksiya həqiqətən də reallaşdırıla bilər. Musk beyin implantının necə çalışacağı barəsində məlumat verməsə də çox güman ki, bu implant beyin neyronlarının stimulyasiyası sayəsində səs dalğalarını eşitmə sistemindən yan keçərək ötürə biləcək.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Neuralink komandasına daşınıla bilən cihazlar üzrə bacarıqlı mühəndislərin qəbulu elan edilmişdi. Bu isə beyin implantının imkanlarının genişləndirilməsinə işarə edir. Bir neçə müddət bundan öncə Musk bildirmişdi ki, Neuralink-in növbəti təqdimat tədbiri avqust ayında baş tutmalıdır.
    Linki kopyala