Logo
    main-post-cover

    Neuralink Kanadada beyin çipini sınaqdan keçirmək üçün icazə alıb!

    Elm & Texnologiya
    23.11.2024
    Aslan

         Elon Musk-ın beyin implantı şirkəti Neuralink, ABŞ xaricindəki ilk beyin çipi testlərini Kanadada keçirəcək.

         Bloomberg xəbər agentliyinin məlumatına görə, Neuralink Kanadada cihazının klinik sınaqlarına başlamaq üçün tənzimləyici qurumlardan icazə alıb. Kanada Universiteti Sağlamlıq Şəbəkəsi, Toronto Western Xəstəxanasının Neuralink şirkətinin beyin implantını ABŞ-dan kənarda test edən ilk mərkəz olacağını bildirib. Neuralink həmçinin Lou Gehrig xəstəliyi kimi tanınan Amiotrofik Lateral Skleroz (ALS) və ya onurğa zədələnməsi səbəbilə quadriplegiya xəstələri axtardığını da elan edib.
         Şirkətdən mövzu ilə bağlı verilən açıqlamada bunlar qeyd edilib: "Kanadadakı ilk klinik araşdırmamızın başladığını elan etməkdən məmnunluq duyuruq!". Şirkətin hazırladığı çip xəstələrin kompüter kimi müxtəlif cihazları zehin gücü ilə idarə etmələrinə kömək edir.
    Paylaş