main-post-cover

    Neuralink öz beyin implantının insanlar üzərində testlərinə bu il başlamağı planlaşdırır

    Elm & Texnologiya
    19.06.2023
    Farid Pardashunas
        Fransanın paytaxtı Parisdə baş tutmuş VivaTech adlı konfransda iştirak etmiş Elon Musk bildirib ki, onun beyin implantı layihəsinin hazırlanması ilə məşğul Neuralink şirkəti öz texnologiyasının insanlar üzərində testini bu ilin sonuna kimi reallaşdırmalıdır. Test prosesinə kimi isə şirkət pasientlər arasında testdə iştirak edəcək könüllü şəxsin axtarışını reallaşdıracaq. Şirkət boyundan aşağı hər 4 və ya yalnız 2 bədən hissəsinin hərəkətsiz olduğu pasientlərdən birini seçəcək.
        Məlumdur ki, Neuralink müəyyən səbəblərdən öz bədən hissələrinin hərəkət imkanından məhrum olmuş insanların bu problemlərini aradan qaldırılması üçün nəzərdə tutulmuş beyin implantı üzərində çalışır. Musk Neuralink tərəfindən aparılacaq testlərdə neçə nəfər insanın iştirak edəcəyi və testlərin nə qədər müddət ərzində davam edəcəyi barəsində bir məlumat verməyib. Onun sözlərinə əsasən şirkət öz testlərini artıq ilin sonuna kimi keçirə bilər.
        Qeyd etmək lazımdır ki, keçən ay Neuralink öz beyin implantının insanlar üzərində tetslərini keçirmək üçün nəzərdə tutulmuş icazəni ABŞ-ın müvafiq tənzimləyici orqanlarından əldə etmişdi. Neuralink-in beyin implantının pasientə yeridilməsi çərçivəsində ilk öncə pasientin kəlləsində cərrahiyyə əməliyyatını reallaşdırmaq, ora beyin implantını yerləşdirmək və daha sonra yerləşdirilmiş beyin implantını nazik elektrodlar vasitəsilə beyin qabığına qoşmaq lazımdır. Qeyd etmək lazımdır ki, şirkət daha öncə artıq uzun müddət ərzində öz beyin implantının testlərini heyvanlar üzərində reallaşdırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər