Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
Elm & Texnologiya
18.09.2024
Emil Nəcəfov
Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb. Onun sözlərinə əsasən hazırlanmış göz implantı hətta doğuşdan görmə qabiliyyətinə sahib olmayan insanlarda bu qabiliyyətin bərpa olunmasına imkan verəcək. Bundan əlavə olaraq perspektivdə Blindsight adlı göz implantı insan gözləri üçün ənənəvi olmayan imkanları da əhatə edə bilər. Beləliklə çox iti görmə qabiliyyəti artıq fantastikadan reallığa çevrilə bilər.
“Blindsight iki gözünü və onların optik sinirlərini itimiş şəxslərə görmə qabiliyyətini geri qaytaracaq. Beynin görmə qabiliyyətindən cavabdeh olan sahəsinin zədələnməməsi halında bu implant hətta doğuşdan görmə qabiliyyətinə sahib olmayan insanların yenidən görə bilmələrini təmin edəcək” - deyə Musk qeyd edib.
Neuralink şirkəti öz növbəsində X-dəki (keçmiş Twitter) hesabında bildirib ki, Blindsight implantının ABŞ-ın müvafiq tənzimləyici orqanı tərəfindən ən innovasiyalı texnologiya olduğu təsdiqlənib. Bu isə öz növbəsində göz implantının insanlar üzərində testlərinə qapıları açır. Şirkət göz implantının testlərində iştirak etmək istəyən potensial pasientlərin qeydiyyatına artıq start verib. Musk-ın sözlərinə əsasən ilk mərhələlərdə implantın təqdim edəcəyi görüntü keyfiyyəti aşağı səviyyədə olacaq. Lakin gələcəkdə bu implant ultrabənövşəyi və infraqırmızı spektrlərdə görmə imkanını verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Neuralink beyin çipi yerləşdirilən ilk xəstə, dil öyrənməyə başlayıb!
Neuralink beyin çipi yerləşdirilən ilk xəstə, dil öyrənməyə başlayıb!
Elon Musk-ın beyin-maşın interfeysi şirkəti Neuralink-in ilk xəstəsi olan Noland Arbaugh, beyninə yerləşdirilən çip sayəsində gündəlik həyat bacarıqlarında böyük irəliləyişlər əldə etdiyini və universitetə qayıtmağı planlaşdırdığını bildirib.
Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
Elon Musk, Neuralink layihəsi üçün yeni hədəfini açıqlayıb. O, qarşıdakı 10 il ərzində insanların beyninə milyonlarla Neuralink çipini yerləşdirməyə ümid etdiyini söyləyib.
Neuralink-in beyin implantını əldə etmiş ikinci pasient fikir gücü vasitəsilə "Counter-Strike" oynamağı öyrənib (VİDEO)
Neuralink-in beyin implantını əldə etmiş ikinci pasient fikir gücü vasitəsilə "Counter-Strike" oynamağı öyrənib (VİDEO)
Elon Musk-ın Neuralink şirkəti keçən ay öz beyin implantını Alex adlı ikinci pasientinə implantasiya etdi. İndi isə məlum olub ki, həmin şəxs fikir gücü vasitəsilə “Counter-Strike” oynamağı öyrənib.
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Donald Trump və Elon Musk, X-də canlı söhbət ediblər. Söhbət zamanı Trump və Musk, həmçinin mineral yanacaqlar, elektrikli nəqliyyat vasitələri və iqlim dəyişikliyi ilə bağlı fikirlərini də bildiriblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!