Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təqdim edib (VİDEO)

Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təqdim edib (VİDEO)

Texnologiya
09.04.2021 PAYLAŞIM

    Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib. Belə ki, startapın təqdim etmiş olduğu videoda meymun öz beyninə yeridilmiş xüsusi çip vasitəsilə ekrandakı sadə əməliyyatları yerinə yetirə bilir və ping-pong oynayır. Çox güman ki, artıq yaxın gələcəkdə bu cür texnologiya iflic olmuş şəxslərə ətraf insanlarla ünsiyyət qurmaq imkanını və hətta öz bədənlərinin hərəkət etmə qabiliyyətlərini qaytarmaq şansını verəcək. Bu barədə New Atlas saytı xəbər verib. Pager adlı 9 yaşlı meymun sözügedən videonun çəkilməsindən 6 həftə öncə neyroimplantın beyinə yerləşdirilməsi əməliyyatından keçmişdi.


    İlk öncə meymunə joystick vasitəilə ping-pong oynamaq öyrədilib. Mükafat olaraq isə meymuna xüsusi boru vasitəsilə banan şirəsi verilib. Proses çərçivəsində Link adlı cihaz meymun beynində hansı neyronların aktivləşdiyi barəsində məlumatları qeydə alıb. Bu üsul ilə sistem meymunun əl hərəkətini öncədən təyin etməyi öyrənib. Məlumatlar hər 25 millisaniyə ərzində Bluetooth vasitəsilə deşifrələmə tətbiqinə göndərilib. Həmin tətbiq isə öz növbəsində neyronlu patternlər ilə meymunun üstünlük verdiyi hərəkətlər arasındakı qarşılıqlı əlaqə modelini tərtib edib.

    Daha sonrakı mərhələdə joystick deaktiv edilib və meymun yalnız öz fikir gücü sayəsində ping-pong oynamağa başlayıb. Qeyd etmək lazımdır ki, hələ keçən ilin avqust ayında Neuralink şirkəti Link adlı kiçik çipi təqdim etmişdi. Tədqiqatlar onu göstərir ki, neyrointerfeyslərdən dronların, protezlərin və ya elektron cihazların fikir gücü ilə idarə olunmasında istifadə oluna bilərlər. Lakin onların ən çox diqqət çəkən potensial innovasiyalarından biri də kompüterə birbaşa qoşulmaq imkanıdır. Neuralink-in əsas ilkin məqsədi tibb sahəsi üçün tamamilə naqilsiz neyrointerfeysin yaradılmasıdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×