Neuralink şirkətinin beyin implantının insanlar üzərində testləri üçün icazə sorğusu rədd edilib

Neuralink şirkətinin beyin implantının insanlar üzərində testləri üçün icazə sorğusu rədd edilib

Texnologiya
02.03.2023 PAYLAŞIM

    Elon Musk-ın beyin interfeysi texnologiyalarının hazırlanması ilə məşğul olan Neuralink şirkəti öz beyin implantının insanlar üzərində testlərinə başlamaq üçün ABŞ-ın Qida və Dərman Məhsullarının Keyfiyyətlərinə Nəzarət İdarəsinə (FDA) icazə sorğusunu hələ 2022-ci ilin əvvəlində göndərmişdi. Lakin Reuters saytının verdiyi məlumata əsasən FDA Neuralink-ə müvafiq icazənin verilməsindən imtina edib. Məlumatda qeyd edilib ki, FDA Neuralink-in icazəni almadan öncə ona həll etməli olduğu problemləri təyin edib. Nizamlayıcı orqanın əsas narahatlıqları arasında şirkətin beyin implantının batareyası, implant naqillərinin beyinin digər sahələrinə daxil olma ehtimalı, implantın beyindən təhlükəsiz şəkildə çıxarılması məsələsi var.

    Beləliklə FDA-nın qərarına əsasən Neuralink müvafiq icazəni almazdan öncə ilk növbədə bu problemləri həll etməlidir. Məlumatda qeyd edilib ki, şirkət öz növbəsində beyin implantındakı olan mövcud problemlərin aradan qaldırılması üzərində çalışır. Qeyd etmək lazımdır ki, FDA-nın icazəni təqdim etməməsi o demək deyil ki, Neuralink ümumiyyətlə insanlar üzərində testlərə başlaya bilməyəcək. Şirkət mövcud problemləri aradan qaldırandan sonra yenidən FDA-ya sorğu göndərə bilər. Lakin Reuters saytının mənbələrinin fikirlərinə əsasən bu, yaxın gələcəkdə baş tutmayacaq. Elon Musk keçən ilin noyabr ayında güman edirdi ki, Neuralink-in beyin implantının insanlar üzərində testlərinə yarım ildən sonra start veriləcək. Lakin görünür, bu məsələdə bir xeyli gözləmək lazım gələcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×