main-post-cover

    Nəyə görə Huawei şirkəti IFA 2020 sərgisində Kirin 9000 flaqman prosessorunu təqdim etmədi?

    Elm & Texnologiya
    06.09.2020
    Farid Pardashunas
        Bu günlərdə Berlində online formatda keçirilmiş IFA 2020 sərgisində Huawei şirkətinin Kirin 9000 adlı flaqman mobil prosessorunun təqdimatı gözlənilirdi. Lakin təqdimat baş vermədi. Çinin kütləvi informasiya vasitələri bildiriblər ki, bunun əsas səbəbi prosessorun istehsalında və şirkətin özünə diqqət çəkmək istəməməsindədir. Bu barədə Gizchina saytı xəbər verib.
        Məsələ burasındadır ki, Tayvanın TSMC şirkəti Huawei üçün yetəri qədər prosessor istehsal etmək üzrə 24/7 çalışır. 15 sentyabr tarixindən sonra TSMC şirkəti ABŞ sanksiyaları səbəbilə Huawei üçün artıq prosessor istehsal edə bilməyəcək. Məlumata əsasən Huawei 15 sentyabra qədər öz anbarlarını müxtəlif komponent ehtiyatı ilə təmin etməyə çalışır. Bura həmçinin Kirin 9000 də daxildir.
        Mütəxəssislərin fikirlərinə əsasən həmin tarixə kimi TSMC şirkəti 15 milyon prosessor istehsal edə biləcək. Bu isə təqdim olunacaq Mate 40 smartfon seriyasının tələbini təmin etməlidir. Daha sonra isə Huawei şirkəti fərdi Kirin prosessoru ilə vidalaşmalı olacaq. İndiki vaxtda Kirin 9000-nin nə zaman təqdim olunacağı bilinmir. Heç istisna deyil ki, yeni flaqman prosessor HDC 2020 (Huawei Developer Conference) tədbirində təqdim olunsun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər