main-post-cover

    Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandırıb?

    Elm & Texnologiya
    03.12.2020
    Farid Pardashunas
        Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırılırlar. Buna görə də Snapdragon 865-dən sonra məntiqlə gözləmək olardı ki, Qualcomm öz yeni prosessorunu məhz Snapdragon 875 adlandıracaq. Lakin şirkət hamını təəccübləndirərək öz yeni proessorunu Snapdragon 888 adlandırıb. Şirkət öz növbəsində nəyə görə bu cür qərar qəbul etdiyini açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib. Qualcomm təmsilçiləri bildiriblər ki, Sanpdragon 888-də yeni adlandırma üsulundan istifadə olunur və şirkət daha öncə bu barədə xəbər vermişdi.
        Lakin həmin vaxtda hamı bunu sadəcə bir zarafat kimi qəbul etmişdi. Yeni adın məğzi ondan ibarətdir ki, Çində 888 ədədi çox uğurlu ədəd hesab edilir. Bu səbəblə şirkətin gələn ilki prosessorunu necə adlandıracağı bilinmir. Heç istisna deyil ki, gələn ilki prosessor modeli Snapdragon 999 adını əldə etsin. Bundan əlavə olaraq şirkətin 1000 ədədinə çatacağı zaman öz prosessorunu necə adlandıracağı da məlum deyil. Ola bilər ki, şirkət prosessorlarının adlandırılmasında dəyişiklik edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər