
Yaponiya, istehsalatın avtomatlaşdırılması baxımından dünyanın lider ölkələrindən biridir.
Buna baxmayaraq o, robotların, insanların işlərini əllərindən alacaqlarından qorxmur. Doğum sayı krizisinin olması, bu ölkədə işçi qüvvəsinin çatışmazlığına gətirib çıxartdı. Bundan əlavə olaraq sözügedən ölkədə əgər işçinin bacarıqları köhnəlibsə, onu işdən azad etmək üsulu tətbiq olunmur. Əksinə həmin işçiyə yeni peşənin öyrənilməsi imkanı verilir. Tokioya yaxın yerləşən Nara adlı şəhər, avtomatlaşdırma sisteminin bariz nümunəsidir. Bu şəhərdə yerləşən Asahi Breweries adlı zavodda gün ərzində minlərlə dəmir qablar, pivə ilə doldurulur və 6 dəmir qab olmaqla qutulara yerləşdirilir. Bütün bu proses çox sürətli şəkildə (dəqiqədə 1500 pivə qabı) baş verir. Zavodda çalışan insanların əsas öhdəliyi isə həmin prosesi reallaşdıran robotların işlərində nazaslıqların yaranmamasını təmin etməkdir.
Avtomatlaşdırma sisteminin, insanlardan onların iş yerlərini alacaqları qorxusu Yaponiyada aktual deyil. Doğuş sayının bu ölkədə aşağı düşməsi, əksinə digər qorxunun yaranmasına gətirib çıxartdı. Söhbət, işçi qüvvəsinin çatışmazlığından gedir. Bundan əlavə olaraq bu ölkədə robotları, iqtisadiyyatın son ümidi adlandırırlar. Yaponiyada avtomatlaşdırma sisteminə təsir edən faktorlardan biri də ömürlük məşğuliyyət özəlliyidir. Belə ki, böyük yapon şirkətləri bir qayda olaraq bilik və bacarıqlarının köhnəlməsi səbəbilə öz əməkdaşlarını işlərindən azad etmirlər. Əksinə həmin əməkdaşlar digər peşələrə sahib olmaq üzrə təlim prosesindən keçirlər. Tədqiqat nəticəsində məlum olub ki, əmək bazarındakı dünya tendensiyaları, Yaponiyaya təsir etməyib.
İg Nobel Prize nədir və kimlərə verlir.
Bu ölkədə
insanları, robotlar ilə əvəz etmək üçün onların sərt şəkildə işə cəlb
olunmaları üsuluna baş vurulmur. Əksinə, insanlar və robotlar arasındakı
harmoniyanın yaradılmasına cəhd edilir. Bununla yanaşı elə iş yerləri olur ki,
oralarda robotlar vasitəsilə effektiv iş görülməsinə nail olunacağı bilindiyi
halda, insanlar həmin iş yerlərində çalışmağa davam edirlər. Bundan əlavə
olaraq Yaponiyada düşünürlər ki, bəzi tapşırıqlar, robotlardan fərqli olaraq
insanlar tərəfindən daha yaxşı yerinə yetirilə bilərlər. Buna baxmayaraq
Yaponiyada avtomatlaşdırma sistemi sürətlə inkişaf etməkdə davam edir və bu
baxımdan o, dünyanın lider ölkələrindən biridir. Analitiklərin proqnozlarına əsasən
2030-cu ilə kimi süni zəka və robotexnika, 5 milyon yeni iş yerlərinin
yaradılması ilə yanaşı həmçinin 7.4 milyon iş yerlərinin ləğv olunmasına gətirib
çıxardacaq.