Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırmaq mümkün olub

Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırmaq mümkün olub

Texnologiya
03.05.2021 PAYLAŞIM

    Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalışması mümkün olub. Yaradılmış neyrointerfeys öz növbəsində ekzoskeletə qoşulub və bununla da ekzoskeletin idarəsini fikir gücü ilə reallaşdırmaq mümkün olub. Yaradılmış neyrointerfeysin test olunmasında sol baldırı ilə pəncəsini itirmiş 57 yaşlı pasient iştirak edib. Test çərçivəsində xüsusi protez həmin pasientin ikibaşlı baldır əzələsinə birləşdirilib. Qeyd etmək lazımdır ki, həmin əzələ ayaq biləyinin oynağının hərəkətindən cavabdehdir. Nəticədə məşqlər və fiziki terapiyalar vasitəsilə 57 yaşlı pasient protezin idarəsini tamamilə öyrənə bilib.

Экзоскелет


    İdarəetmə prosesi bioelektrik siqnallar əsasında reallaşdırılıb. Mexaniki protezlərdən fərqli olaraq neyrointerfeys vasitəsilə idarə olunan protezin hərəkət diapazonu ilə imkanları daha geniş olub. “Avtonom rejimdə idarə olunan ekzoskelet gəzinti zamanı həqiqətən də yaxşı çalışır. Lakin tennis oyunu və ya rəqs kimi daha qəliz proseslərdən söhbət gedəndə ən yaxşı variant neyron idarəsidir” - deyə alimlərdən biri qeyd edib. Bir neçə müddətdən sonra 57 yaşlı pasient sərbəst şəkildə otura və qalxa bilib. Bundan əlavə olaraq o, yerdən müxtəlif əşyaları götürməklə onu göstərir ki, ekzoskeletin yeni idarə üsulu adi ekzoskeletlər ilə müqayisədə daha mobildir və daha yaxşı idarə sistemini sərgiləyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×