Neyron şəbəkəsi aşağı keyfiyyətli fotoları sonsuzadək yaxşılaşdırmağı öyrənib (VİDEO)

Neyron şəbəkəsi aşağı keyfiyyətli fotoları sonsuzadək yaxşılaşdırmağı öyrənib (VİDEO)

Texnologiya
23.12.2020 PAYLAŞIM

    Polislər ilə bağlı serial və filmlərdə görmək olar ki, onlar aşağı keyfiyyətli foto və ya videodan hansısa şəxsin təsvirini, avtomobil nömrəsini əldə edirlər. Əvvəllər xüsusi xidmət orqanlarında bu cür texnologiyaların olub-olmadığı bilinmir. Lakin neyron şəbəkə texnologiyalarının mövcduluğu ilə bu artıq reallığa çevrilib. Kaliforniya Universitetinin tədqiqatçıları Nvidia şirkəti ilə birlikdə bu cür alqoritmin iş prinsipini sərgiləyiblər. Bu barədə 4pda saytı xəbər verib.


    Yaradılmış yeni neyron şəbəkəsi aşağı keyfiyyətli fotonu keyfiyyətli fotoya çevirə bilir. Yeni neyron şəbəkəsinin əsas üstünlüyü ondan barətdir ki, o, ilkin fotonun keyfiyyətini yüksəltmək üçün fotonu tam şəkildə deyil, onun ayrı-ayrı fraqmentlərini analiz və təsvir edir. Fotoda müəyyən yerin koordinatlarının əldə edilməsi halında bu lokal funksiya ətraf mühit üzrə olan əlamətlərin təsvirlərindən istifadə edir və güman olunan pikselləri yaradır.

    Nəticədə bu, ilkin fotonun render olunmasına imkan verir. Sözügedən neyron şəbəkəsinin təlimatında DIV2K adlı datasetdən istifadə olunub. Bu dataset 2K keyfiyyətində olan minlərlə fotodan və onların 2 dəfə, 3 dəfə, 4 dəfə kiçildilmiş versiyalarından ibarətdir. Alqoritm qarşısında qoyulmuş əsas tapşırıq isə ondan ibarət idi ki, o ilk öncə fotonun keyfiyyətini aşağı salmalı, daha sonra isə onu əvvəlki vəziyyətinə qaytarmalı idi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×