Logo
    main-post-cover

    Nike dünyanın elektrik mühərrikli ilk ayaqqabısını təqdim edib

         Nike gündəlik istifadə üçün nəzərdə tutulmuş, dünyanın elektrik mühərrikli ilk ayaqqabı sistemini təqdim edib. Project Amplify adlanan bu ayaqqabı istehsalçının sözlərinə görə, “ikinci baldır əzələləri” kimi fəaliyyət göstərən yüngül robotlaşdırılmış sistemi istifadə edir və hərəkət zamanı fiziki gərginliyi azaldır. Sistem robototexnika sahəsindəki tərəfdaş Dephy şirkəti ilə birlikdə hazırlanıb və xarici görünüşcə elektrik mühərriki, ötürücü kəmər və şarj olunan batareya ilə təchiz olunmuş bir növ baldır və ya topuq fiksatoruna bənzəyir. Məlumata görə, məhsul son bir neçə il ərzində 400-dən çox insanın iştirakı ilə sınaqdan keçirilib və təxminən saatda 8-9.5 km sürətlə hərəkət edən istifadəçilərə yönəlib.
         Müqayisə üçün, bir insan 8 km məsafəni orta 5-6 km/saat gəzinti sürəti ilə təxminən 1 saat 30 dəqiqəyə qət edə bilər. Şirkət bildirib ki, bu ayaqqabını yaxın illərdə istehlak bazarına çıxarmağı planlaşdırır. Həmçinin, məhsulun ilk versiyasının idmançılar, xüsusən də məsafəni daha tez qət etmək istəyən qaçışçılar üçün nəzərdə tutulmadığı, əksinə daha uzaq məsafələrə daha az səylə və daha sürətli hərəkət etmək istəyən gündəlik istifadəçilər üçün yaradıldığı vurğulanıb. Project Amplify ilə yanaşı, şirkət digər innovativ layihələri də elan edib - bunlara neyron prosesləri öyrənməyə əsaslanan ayaqqabı konsepsiyaları və idman geyimlərinin yeni soyutma texnologiyası daxildir.
    Paylaş