main-post-cover

    Nike şirkəti səsli köməkçini dəstəkləyən smart idman ayaqqabısını təqdim etdi

    Elm & Texnologiya
    30.08.2019
    Farid Pardashunas
        Nike şirkəti ilk dəfə 1991-ci ildə satışa çıxmış Huarache adlı klassik idman ayaqqabısının yeni versiyasını təqdim edib. İdman ayaqqabısının yeni versiyası tamamilə yeni dizayn ilə yanaşı həmçinin FitAdapt adlı transformasiya sistemini də əldə edib. Belə ki, bu sistem vasitəsilə istifadəçi öz smartfonundakı səsli köməkçidən istifadə etməklə ayaqqabının iplərini tənzimləyə bilər. Bu barədə 9to5mac saytı xəbər verib.
        Beləliklə yeni Huarache modeli Apple Siri səsli köməkçi dəstəyinə sahib FitAdapt texnologiyasını əldə edib. iOS cihaz istifadəçiləri ayaqqabıya tərəf əyilmədən Siri-yə səs əmri verərək ayaqqabının iplərini aça bilərlər. Bununla yanaşı xüsusi mobil tətbiq vasitəsilə istifadəçilər ayaqqabıya quraşdırılmış LED işıqlandırma sisteminin rəngini dəyişə və ya məşqlərə görə ayaqqabı ipini bir qədər qalın edə bilərlər.
        Dəstəklənən cihazlar arasında iPhone modellərindən başqa Apple Watch modelləri də var. Qeyd etmək lazımdır ki, daha əvvəl şirkət FitAdapt texnologiyasını Nike Adapt BB idman ayaqqabısına da inteqrasiya etmişdi. Nike Huarache 13 sentyabr tarixində satışa çıxacaq. Onun qiyməti barəsində məlumat olmasa da, güman edilir ki, ayaqqabı 349$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər