Nike şirkəti smartfonla idarə olunan və ipləri avtomatik bağlanan idman ayaqqabılarını təqdim edib

Nike şirkəti smartfonla idarə olunan və ipləri avtomatik bağlanan idman ayaqqabılarını təqdim edib

Texnologiya
16.01.2019 PAYLAŞIM

    Nike şirkəti basketbolçular üçün Adapt BB adlı ağıllı idman ayaqqabılarını təqdim edib. Təqdim olunmuş idman ayaqqabılarının əsas özəlliklərindən biri də öz iplərini avtomatik şəkildə bağlamasıdır. Yəqin ki, “Back to the Future” filmindəki o məşhur ayaqqabıları xartırlayırsınız. Adi gözlə idman ayaqqabısının iplərini görmək qəliz məsələdir. Lakin iplər var. FitAdapt texnologiyası və ayaqqabılarda olan bəzi sensorlar (akselerometr, hiroskop və temperatur ötürücüsü) vasitəsilə sözügedən ayaqqabılar ipləri lazımi şəkildə ayarlaya bilirlər.


Bənzər xəbər


    Məsələn əgər oyun zamanı istifadəçinin ayaqlarına qanın yığılması nəticəsində onun ayaqları böyüyürsə, deməli ayaqqabılar bir qədər boşalırlar. Lakin ayaqlar normal hala gələndə ayaqqabılar yenidən istifadəçinin ayaqlarında kip qalırlar. Ayaqqabılarda olan ipləri xüsusi mobil tətbiq və ya ayaqqabılardakı düymə ilə idarə etmək mümkündür. Bundan əlavə olaraq Adapt BB idman ayaqqabıları həmçinin işıqlandırma sisteminə sahibdirlər və istifadəçi öz zövqünə uyğun olaraq həmin işıqlandırma sistemini tənzimləyə bilər.


    Ayaqqabıların daxilində 505 mAh enerji tutumlu batareya yerləşir. Həmin batareya xüsusi platforma üzərində heç bir naqil olmadan 3 saat ərzində enerji yığa bilir. Bir dəfə şarj olunandan sonra batareyadakı enerjini 10-20 gün istifadə etmək mümkündür. Adapt BB idman ayaqqabıları gələn aydan satışa çıxacaqlar. Bir cüt ayaqqabının qiyməti isə 350$ təşkil edəcək.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×