
Nikon üçün 3 ən yaxşı mobil tətbiqetmə
Elm & Texnologiya
28.07.2017
Aynar
Əsas məsələ kameralar olanda bazardaki iki nəhəngdən biri
Canon-la yanaşı duran Nikon-dur. Orta səviyyəli kameraları çox baha deyil və yetəri
qədər effektiv çalışırlar. Eyni ilə Canon və digər oxşar markalarda olduğu kimi
bu cihazlarıda smartfonlar vasitəsilə idarə etmək mümkündür. Bu imkanı yaradan
tətbiqlər saysızdır. Biz isə sizə bu tətbiqlər arasından bir neçə ən yaxşısını
seçmişik.
1.Camera Connect and Remote
Camera Connect and Control Nikon-un ən stabil tətbiqlərindən
biridir. Markanın satışda olan 80% modellərini dəstəkləyir. Ödənişsiz versiyası
çəkilən şəkillərə baxmaq, şəkillərin və ya videoların telefon üzərindən çəkilməsi,
shutter-i idarə etmək kimi funksiyalardan istifadəyə imkan yaradır.
2. Camera Remote Control
Bu tətbiq smartfonunuzu fotoapart üçün idarə panelinə
çevirir. Kameranı tripoda taxıb sonra qıraqdan rahatca idarə üçün ideal vasitədir.
Bu tətbiq tamamilə ödənişsizdir.
3. Magic Nikon Viewfinder
Digərlərindən fərqli olaraq bu tətbiq fotoaparatlarınızı
idarə etməyə imkan yaratmır. Amma, ətrafı gəzib çəkiliş üçün ən yaxşı yerləri
tampaq üçün əla vasitədir. Tətbiq telefondan istifadə edərək çəkdiyi şəkillərin
Nikon-da necə görünəcəyini göstərir. En-hündürlük nisbətini dəyişir və hətta
exposure-a belə müdaxilə edə bilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
