
'Nissan' avtomatik park olunan ayaqqabıları təqdim etdi (VİDEO)
Elm & Texnologiya
26.01.2018
Emil
“Nissan” dünyanın ən yaxşı ayaqqabı istehsalçısı olmasa da onun ayaqqabıları istifadə edilmədiyi müddətdə boş dayanmır.
Belə ki, sözügedən ayaqqabılar
yerləşməli olduqları yerə avtomatik olaraq özlərini park edə bilirlər. Hər
halda aydın məsələdir ki, şirkət avtomobil istehsalından ayaqqabı istehsalına
keçməyəcək. “Ağıllı” ayaqqabı şirkətin öz Nissan Leaf modeli avtomobilindəki
avtonom park sisteminə nəzər yetirmək üçün hazırlanıb. Belə ki, şirkətin
ProPilot Park sistemi avtomobilə avtomatik şəkildə park olunma imkanını verir.

Faktiki olaraq bu sistem tamamilə pilotsuz idarəetmə sisteminin bütün ötürücü və
alqoritmlərindən istifadə edir. Beləliklə bu texnologiyalar sayəsində “Nissan”ın
əsl pilotsuz avtomobili heç də uzaq gələcəkdə deyil. Həmçinin bir neçə müddət
bundan öncə şirkət sürücünün beyin aktivliyinə nəzarət edən xüsusi cihazı da təqdim
etmişdi. Həmin cihaz sürücünün və sərnişinin hansı səviyyədə həyəcan və
rahatlıq keçirtdiyini təyin edə bilir. Beləliklə əgər sürücü və ya sərnişin
narahat haldadırsa pilotsuz avtomobil yolda daha diqqətli ola bilər. Və ya əksinə
olaraq sürücü və sərnişin harasa tələsirsə pilotsuz avtomobil yolda daha “aqressiv”
hərəkət edə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
