
'Nissan', elektrik avtomobili Leaf-in 2018-ci il modelini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
06.09.2017
Emil
Bugün “Nissan” şirkəti, 2018-ci ilin Leaf elektrik avtomobil modelini təqdim edib.

Bu seriyanın ən texnoloji modeli olan avtomobil, Chevy Bolt
və hətta Tesla Model 3 ilə rəqabət apara bilər. Burda məsələ ilk öncə “Google” və
“Apple” şirkətlərinin dəstəkləri ilə yaradılmış “ağıllı” texniki parametrlərdə,
unikal avtopilot sistemində və güclü batareyadadır. Yeni model Leaf-in əsas
yenilikləri, dizayn baxımından deyil, texniki baxımdan özünü göstərir.
Avtomobil, 40 kilovat saat gücə sahib batareya ilə təmin olunub. Nəticədə isə
o, 378 km yol qətt edə bilər. Bundan əlavə olaraq bu modelə ilk dəfə olaraq
Nissan ProPilot adlı intellektual sistem də əlavə olunub. Bu sistem,
avtomobilin avtomatik olaraq park olunması və digər avtomobillərin sıx
olduqları yollarda idarəetməni sadələşdirmək üçün nəzərdə tutulub. Sözügedən
intellektual sistem, öndə gedən avtomobilləri izləyərək Nissan Leaf-ə düzgün
sırada qalmağa yardımçı olur. Baxmayaraq ki, sistem, sürücüdən, əllərini sükandan çəkməməyi
tələb edir, tıxac zamanı avtomobilin qaz və tormoz pedallarına basmaq kimi
monoton işdən azad edilmək kimi əla hiss yoxdur.

Maraqlısı ondadır ki, avtomobildə yalnız bir ədəd elektrik
pedalı qalıb (adətən 2 və ya 3 pedal olur). Sözügedən həmin elektrik pedal,
avtomobili işə salır, həmçinin sürət və tormozdan da cavabdeh olur. Hər şey çox
sadə şəkildə çalışır. Pedalı daha çox sıxırsınız, avtomobil, sürətini artırırır.
Pedaldan ayağınızı çəkdikdə isə avtomobil dayanır. Qalan bütün proseslərə isə
avtomobilin intellektual sistemi cavabdehdir. Avtomobil həmçinin, genişləndirilmiş Apple CarPlay və Android Auto servis dəstəklərini
də özündə birləşdirir. Bunun üçün Nissan Leaf, 7 inç-lik ekranla təchiz olunub. Beləliklə
avtomobil daxilində təhlükəsiz şəkildə smartfondan istifadə etmək olar. 2019-cu
ildə “Nissan”, bu modelin daha böyük həcmli batareyaya sahib versiyasını təqdim
etməyi planlaşdırır. Nissan Leaf modelini ön sifariş etmiş şəxslər hədiyyə
olaraq Apple Watch Series 2, GoPro HERO5 Black, Nest və ya Google Home əldə edəcəklər.
Nissan Leaf-in qiyməti 29.990$
təşkil edir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
