Nissan şirkəti Leaf elektromobilinin yenilənmiş versiyasını təqdim edib

Nissan şirkəti Leaf elektromobilinin yenilənmiş versiyasını təqdim edib

Texnologiya
11.01.2019 PAYLAŞIM

    Nissan Leaf elektromobil bazarının ən köhnə və məşhur modellərindən biridir. Lakin bu elektromobil modelinin bir mənfi özəlliyi var idi. Belə ki, Nissan Leaf maksimum 240 km yol qətt edə bilirdi. Bununla belə elektromobilin Tesla Model 3Chevy Bolt kimi rəqibləri minimum 100 km daha çox yol qətt edə bilir. Beləliklə Nissan şirkəti öz rəqiblərinə çatmaq üçün bu vəziyyəti dəyişmək qərarına gəldi. Nəticədə CES 2019 sərgisində şirkət Leaf e+ elektromobil modelini təqdim etdi.


Bənzər xəbər


    Bu model adi Nissan Leaf-in təkmilləşdirilmiş versiyasıdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Əvvəlki modeldən fərqli olaraq Leaf e+ modelinin qətt etdiyi yol göstəricisi 40% yüksəlib. Lakin bu, yeganə yenilik deyil. Belə ki, yeni Leaf e+ modeli daha güclü mühərrik əldə edib. Nəticədə o, 200 at gücünə sahibdir. Bu isə əvvəlki modeldəki göstəricidən 33% çoxdur. Batareya həcminin yüksəlməsindən əlavə olaraq batareyanın özü daha güclü şarj stansiyalarından enerji yığmaq özəlliyini də əldə edib.


    Qeyd etmək lazımdır ki, əvvəlki modeldə bu limit 40 kilovatt idi. Lakin Leaf e+ modeli 100 kilovatt gücə sahib şarj stansiyalarından enerji əldə edə bilər. Beləliklə 62 kilovatt saat batareya həcmini 40 dəqiqəyə tamamilə şarj etmək mümkündür. Bununla yanaşı şirkət həmçinin elektromobilin multimedia sistemini də yeniləyib. Elektromobilin salonunda 8 düym sensorlu ekran yerləşir. Həmçinin elektromobili evin enerji sisteminə və Nissan-ın enerji saxlama sisteminə də inteqrasiya etmək mümkündür. Avropada Nissan Leaf e+ modeli bu ilin birinci rübündə 45.000$ qiymətində satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×