Nokia 1-in güman olunan ilk fotoları sızdırıldı

Nokia 1-in güman olunan ilk fotoları sızdırıldı

Texnologiya
10.01.2018 PAYLAŞIM

Ehtimal ki, bu, hələ anonsu olmamış Nokia 1 modelinin ilk fotolarıdır.

Məlumatlara əsasən bu model "HMD Global” şirkətinin Nokia seriyasında 95$ qiymət göstəricisi ilə ən əlçatan olmalıdır. Şayiələrə inansaq sözügedən yeni model Nokia 2-yə bənzəyəcək və 720p keyfiyyətli IPS ekranla təchiz olunacaq. Həmçinin o, 1 GB RAM və 8 GB daxili yaddaşa sahib olacaq. Metallik çərçivələr və polikarbonatdan hazırlanmış korpus bizi köhnə Nokia vaxtlarına geri qaytaracaq. Güman olunur ki, Nokia 1 Snapdragon 212 prosessoru sayəsində çalışacaq. Həmin prosessor həmçinin Nokia 2-də də quraşdırılıb.



Maraqlısı ondadır ki, Nokia 1 Android Go əməliyyat sistemi üzərində çalışacaq. Qeyd etmək lazımdır ki, bu əməliyyat sistemi texniki göstəriciləri zəif olan modellər üçün nəzərdə tutulur. Nokia 2 isə tam versiya Android üzərində çalışır. İnternetə sızdırılmış fotolarda Nokia 1 keysdə və keyssiz vəziyyətdə əks olunub. Smartfonun arxa panelində kamera və işıqlandırma sistemi var. Əgər fotolar həqiqətən də düzdürsə onun anonsunu gələn ayın sonunda keçiriləcək MWC 2018 tədbirində gözləmək olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×