
Nokia 2, 4000 mAh tutumlu batareya ilə gəlir
Elm & Texnologiya
14.09.2017
Orxan
Nokia-nın yeni
smartfonu olacaq Nokia 2 ilə əlaqədar yeni məlumatlar ortaya çıxdı. Cihaz, 4000
mAh tutumlu batareyası ilə önə çıxacaq kimi görünür.
Nokia cihazlarını inkişaf etdirən HDM Global, keçdiyimiz
günlərdə təqdim etdiyi Nokia 8 modelindən sonra giriş səviyyəsi Nokia 2
modelini təqdim etməyə hazırlanır.

5 inç-lik ekranda 720p HD keyfiyyətindən istifadə edəcək
olan telefon, Snapdragon 212 prosessorundan güc alacaq.
Cihaz, bu il çıxan bütün Androidli Nokia cihazlarda olduğu kimi
Android interfeysi ilə gələcək və Nougat versiyası ilə qutudan çıxacaq.
Telefonun ən təəccüblü xüsusiyyəti batareya tərəfidir. Çünki
cihazda 4000 mAh tutumlu bir batareya yer alacaq. Hələ nə zaman rəsmi olaraq təqdim
ediləcəyi bilinməyən cihaz, 160 dollar qiymət etiketli Nokia 3 modelindən
birazca daha uyğun qiymətdə olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
