main-post-cover

    Nokia 3310 4G rəsmi olaraq təqdim olundu (VİDEO)

    30.01.2018
    Farid Pardashunas
    “HMD Global” şirkəti rəsmi olaraq Çində Nokia 3310 4G modelini təqdim etdi.
        Xarici görünüşcə Nokia 3310 4G modeli keçən ilin Fevral ayında təqdim olunmuş standart Nokia 3310-a bənzəyir. Lakin keçən ilki modeldən fərqli olaraq 4G modeli bir qədər uzun və qalındır. Nokia 3310 4G yalnız bir SIM kartı dəstəkləyir. Lakin o həmçinin 256 GB və 512 GB microSD kartlar üçün girişə də sahibdir. Telefon 320x240 piksel keyfiyyətli 2.4 inç ekranla və 2 MP-lik arxa kamera ilə təchiz olunub. Nokia 3310 4G Android əməliyyat sisteminin daha da sadələşdirilmiş versiyası olan YunOS əsasında çalışır.

        Bütün bunlardan əlavə olaraq telefon 4G VoLTE, Wi-Fi 802.11 b / g / n, Bluetooth 4.0 şəbəkə texnologiyaları, microUSB və ənənəvi 3.5 mm-lik audiogiriş ilə təmin olunub. Onun enerji tutumlu batareyası isə 1200 mAh-dır. Bu batareya vasitəsilə telefon 5 saat ərzində danışıq rejimində və 12 gün gözləmə rejimində çalışa bilir. Nokia 3310 4G hələki Çin bazarında satılır. Lakin çox güman ki, MWC 2018 tədbirində şirkət onu digər regionlar üçün də anons edəcək. Yeni model Nokia-nın qiyməti barəsində isə heç bir məlumat verilməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər