
Nokia 7 Plus haqqında ilk məlumatlar məlum oldu
Elm & Texnologiya
29.01.2018
Emil
Keçən ilin Oktyabr ayında “HMD Global” şirkəti Nokia 7 adlı orta səviyyəli smartfonu təqdim etmişdi.
Həmin smartfon 5.2 inç ekran,
Snapdragon 630 prosessoru və 4 GB RAM ilə təchiz olunurdu. Görünür, şirkət bu
modelin təkmilləşdirilmiş versiyasını təqdim etmək istəyir. Belə k, Geekbench
saytında Nokia 7 Plus smartfonunun adı keçib. Geekbench testlərinə əsasən Nokia
7 Plus modeli 1.8 GHz tezlikli 8 nüvəli Snpadragon 660 prosessoru sayəsində
çalışacaq. Onun RAM-ı isə dəyişilməz olaraq 4 GB qalacaq. Həmçinin smartfon
Android 8.0 Oreo əməliyyat sisteminə sahib olacaq. Çox güman ki, bu model əvvəlkindən
nəinki güclü olacaq həmdə ekran ölçüsünə görə də böyük olacaq. Belə ki, şirkət ekran
ölçüsünü böyüdərək onu 18::9 nisbətində edə bilər. Beləliklə böyük ehtimalla
smartfon maksimal dərəcədə nazik çərçivələrə sahib olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
