Logo
    main-post-cover

    Nokia 7 Plus modelinin yeni fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.02.2018
    Emil
    Bu ayın sonunda Barselonada keçiriləcək MWC 2018 tədbirində “HMD Global” şirkəti Nokia 7 Plus və digər modelləri təqdim edəcək.

    İndi isə internetə Nokia 7 Plus modelinin render fotoları sızdırılıb. İlk öncə qeyd etmək lazımdır ki, Nokia 7 şirkətin yeganə modelidir ki, şüşə korpusa sahibdir. Nokia 7 Plus da həmin korpusa sahib olacaq. Lakin bu dəfə onda həmçinin çərçivəsiz ekran da olacaq. Nokia 7 Plus modeli arxa və ön tərəfdən şüşə panellərə və alüminium çərçivəyə sahibdir. Güman olunur ki, 18:9 nisbətində olan 6 inç-llik maye kristallik IPS ekran 2160x1080 piksel keyfiyyətində FHD+ təsviri əks etdirəcək.

    Barmaq izi skanı smartfonun arxa panelində eyrləşir. Nokia 7 Plus həmçinin Snapdragon 660 prosessoru, 4/6 GB RAM, 64 GB daxili yaddaş (mircroSD dəstəkli), biri 13 MP digəri 12 MP olmaqla ikili arxa kamera, 16 MP-lik ön kamera və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Sözügedən Nokia modelinin həmçinin ənənəvi 3.5 mm-lik audiogirişə və USB Type-C girişinə də sahib olacağı güman olunur. Nokia 7 Plus-ın təqribi qiyməti 508$ təşkil edəcək.

    Paylaş
    Bənzər xəbərlər