Logo
    main-post-cover

    Nokia 8-in yeni məlumatları və qiyməti bəlli oldu

    Elm & Texnologiya
    01.08.2017
    Emil

    Nokia 8-in təqdimat günü yaxınlaşdıqca onun barəsində bir çox məlumatlar da sızdırılır.

    Yeni sızdırılmış məlumatlar, Nokia 8-in texniki göstəricilərini və onun qiymətini əks etdirir. Beləliklə GFXBench testlərinə əsasən Nokia 8, 5.3 inç QHD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (ondan 51 GB-ı tamamilə istifadəçi üçün nəzərdə tutulacaq) ilə təchiz olunacaq. Smartfonun arxa panelində Zeiss optikasına sahib 12 MP-lik ikili arxa kamera yerləşəcək. Cihazın ön kamerası da 12 MP-lik olacaq və o, 4K keyfiyyətində video çəkmək özəlliyinə sahib olacaq. AnTuTu testlərinə səasən isə Nokia 8, 12 deyil, 13 MP-lik ikameralar ilə təchiz olunacaq. Yeni məlumatlara əsasən Nokia 8, 500 avro qiymətində satışa çıxacaq. Yeni Nokia modelinin 16 Avqust tarixində təqdim olunacağı güman edilir.

    Paylaş
    Bənzər xəbərlər