Nokia 8 Sirocco haqqında yeni məlumatlar sızdırıldı

Nokia 8 Sirocco haqqında yeni məlumatlar sızdırıldı

Texnologiya
05.02.2018 PAYLAŞIM

Bir neçə müddət bundan öncə “HMD Global” şirkəti təsdiq etmişdi ki, 26 Fevral tarixində MWC 2018 tədbiri çərçivəsində yeni model Nokia smartfonlarını təqdim edəcək.

    Yeni sızdırılmış məlumatlara əsasən həmin təqdim olunacaq modellər arasında həmçinin Nokia 8 Sirocco smartfonu da olacaq. Əvvəlki məlumatlar təsdiq etmişdi ki, şirkət yeni nəsil Nokia 8 üzərində çalışır. Qeyd etmək lazımdır ki, 2006-cı ildə Nokia brendi Nokia Sirocco adlı telefonu satışa çıxartmışdı. Həmin vaxtda isə bu telefon brendin ən bahalı modeli hesab olunurdu.


    Güman olunur ki, təqdim olunacaq yeni Nokia 8 modeli Sirocco brendinin davamçısı olacaq. Sızdırılmış yeni məlumatlara əsasən Nokia 8 Sirocco Snapdragon 845 prosessoru, 6 GB RAM, biri 12 MP, digəri isə 13 MP olmaqla ikili arxa kamera, 5 MP-lik ön kamera, 3250 mAh enerji tutumlu batareya və 5.5 inç OLED ekran ilə təchiz olunacaq. Həmçinin smartfon IP67 standartı üzrə tozdan və sudan qorunan korpusa sahib olacaq.



DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×