Logo
    main-post-cover

    Nokia 9 adlı yeni flaqman smartfon gəlir

    Elm & Texnologiya
    18.08.2017
    Emil

    Nokia brendinin sahibi “HMD Global” şirkəti, 16 Avqust tarixində Nokia 8 adlı yeni flaqman modelini təqdim etdi.

    Anonsdan çox qısa zamanın keçməsinə baxmayaraq şirkət, yaxın zamanda daha bir flaqman modelinin anonsunun olacağına işarə etdi. Təqdim olunacaq yeni smartfonun ekranı, Nokia 8-in ekranından daha böyük olmalıdır. Nəzərə alsaq ki, 5.5 inç-lik ekrana sahib Nokia 6 artıq satışdadır, onda güman etmək olar ki, təqdim olunacaq yeni model, Nokia 9 olacaq. Bir neçə ay bundan öncə yeni Nokia modeli haqqında şaiyələr yayılanda bir çox texniki saytlar bildirmişdi ki, yeni model məhz Nokia 9 adlanacaq. Görünür “HMD Global” şirkəti, bazarın digər nəhəngləri olan “Apple” və “Samsung” kimi şirkətlərlə rəqabət aparmaq istəyir.
    Lakin hələki yeni model Nokia-nın bu il və ya gələn il satışa çıxacağı barəsində heç bir məlumat yoxdur. Lakin bir şey məlumdur ki, onun satışa çıxacağı vaxtda iPhone 8Galaxy Note 8, artıq bazarda olacaqlar. Nokia 9, 5.5 və ya 5.7 inç QHD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 və ya 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz oluna bilər. Bundan əlavə olaraq onun korpusunun IP68 standartı üzrə hazırlanacağı və göz qişası skanına sahib olacağı gözlənilir. Onun ekranının çərçivəsiz olub-olmayacağı barədə dəqiq bir məlumat olmasa da aşağıdakı sxemdə smartfonun çərçivəsiz ekran ilə təchiz olunacağını görmək olar. Hər halda onun dizaynı, Nokia 8-dən tamamilə fərqlənəcək. Onun qiymətinin 700$ olacağı güman olunur.

    Paylaş
    Bənzər xəbərlər