
Nokia 9 barəsində yeni məlumatlar və fotolar sızdırıldı
Elm & Texnologiya
25.09.2017
Emil
Bir aydan bir qədər çox olar ki, “HMD Global” şirkəti, flaqman model Nokia 8-i təqdim etmişdi. Lakin şirkətin növbəti flaqman modeli olan Nokia 9 haqqında məlumatlar gəlməkdə davam edir.

Bir neçə müddət bundan öncə
smartfon barəsində bir sıra məlumatlar və onun fotoları yayılmışdı. Sızdırılmış
yeni fotolar, smartfon haqqında olan şaiyələri təsdiqləyir. Mənbələrdən birinin
verdiyi məlumata əsasən Nokia 9, 5.5 inç QHD OLED ekrana sahib olacaq və onun
üst hissəsini 3D şüşə örtəcək. Bununla yanaşı fotodan da görmək olar ki,
ekranın kənar hissələri əyilmiş vəziyyətdə olacaq.

Texniki göstəricilərinə gəldikdə
isə Nokia 9-un, 6/8 GB RAM, 128 GB daxili yaddaşa, IP68 standartlı sudan və
tozdan qorunma özəlliyinə və arxa paneldə barmaq izi skanına sahib olacağı
güman olunur. Bununla yanaşı göz qişasının skanı sisteminin olacağı ehtimalı da var. Nokia 8 kimi Nokia 9 da ikili Carl Zeiss arxa kamerasına sahib olacaq və Nokia
8-dən daha keyfiyyətli fotolar çəkmək imkanını verəcək. Bütün bunlardan əlavə
olaarq onda fiziki Home düyməsinin olmayacağı gözlənilir. Onun yerinə böyük
ehtimalla virtual düymədən istifadə ediləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
