
Nokia 9 iPhone X-in əsas özəlliyini əldə edəcək
Elm & Texnologiya
12.03.2018
Emil
Yeni məlumatlara əsasən “HMD Global” şirkətinin bu ilki ən güclü smartfonu olacaq Nokia 9 iPhone X-in yolu ilə gedəcək və onun əsas özəlliyini özündə birləşdirəcək.
Təbii ki, söhbət ekranın yuxarı
hissəsində kiçik çıxıntıdan və çox nazik çərçivələrdən gedir. Bundan əlavə
olaraq yeni məlumatlara əsasən barmaq izi skanı texnologiyası smartfonun
ekranına inteqrasiya olunacaq. Bununla yanaşı Nokia 9-da innovasiyalı kameranın
olacağı da gözlənilir. Texniki göstəricilərə gəldikdə isə Nokia 9 hər iki kənarı
əyilmiş 18:9 nisbətli 1440x2560 piksel keyfiyyətli 5.7 inç OLED ekran, 8 nüvəli
Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik ikili
arxa kamera (Carl Zeiss), 5 MP-lik ön kamera və 3250 mAh enerji tutumlu
batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
