main-post-cover

    Nokia 9 PureView smartfonunun davamçısı barəsində məlumat verilib

    Elm & Texnologiya
    23.10.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, HMD Global şirkəti bu ilin sonuna kimi Nokia 9 PureView smartfon modelinin davamçısını təqdim edəcək. Lakin görünür, bu məlumat düzgün deyil. Belə ki, Nokia Anew adlı mənbənin verdyi məlumata əsasən şirkət sözügedən flaqman smartfon modelinin təqdimatını təxirə salıb. Bu barədə Gagadget saytı xəbər verib.
        Yeni məlumata əsasən Nokia 9.1 PureView smartfonu 2020-ci ilin ikinci rübündən tez satışa çıxmayacaq. Həmin vaxta kimi şirkət aşağı büdcəli və orta büdcəli smartfonların satışa çıxarılmasına öz diqqətini yönləndirəcək. Təəssüflər olsun ki, smartfon barəsində heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, Snapdragon 855 və ya Snapdragon 865 prosessoru, 6/8 GB RAM, genişformatlı AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və 5 arxa kamera ilə təchiz olunacaq. 
    Linki kopyala