
Nokia 9 sızdırıldı, cihazın dizaynı ortaya çıxdı (VİDEO)
Elm & Texnologiya
12.10.2017
Orxan
Nokia 9 ilə əlaqədar
bir müddətdir ortaya çıxan söz-söhbətlər yaxşıdan yaxşıya artmağa başladı. Hər
nə qədər Snapdragon 835-li Nokia 8 keçdiyimiz günlərdə satışa çıxmış olsa da,
görünüşə görə HMD yeni bir flaqman daha təqdim etməyə hazırlanır.

Qarşımızdakı il içərisində HMD-nin Nokia 2, 7 və 9 olmaqla üç fərqli cihaz təqdim
etməsi gözlənilir.
Ön tərəfdən baxıldığında ekran gövdə nisbəti ilə diqqət çəkən
cihazın, ikinci vizualına baxdığımızda isə 3.5 mm-lik qulaqlıq girişinin
olmaması diqqət çəkir. Əlavə olaraq alt tərəfdə bir hissədə dinamik , ortada isəUSB
Type-C və onun dərhal yanında mikrofon gözə dəyir.
Cihazın arxa tərəfində Nokia 8 modelində olduğu kimi iki
arxa kamera və onun dərhal altında barmaq izi skanı var. Hələ dəqiq bir şey
yoxdur ancaq vizuallar cihazın arxa hissəsinin şüşədən ola biləcəyini göstərir.
Texniki xüsusiyyətlər nöqtəsində isə Nokia 9 modelinin 5.5
inç ölçülü ekranda Quad HD keyfiyyəti təqdim etməsi gözlənilir. Fiziki ölçüləri
140.9 x 72.9 x 7.5 mm olacağı ifadə edilən cihazın digər texniki xüsusiyyətləriylə
əlaqəli isə hələ məlumat yoxdur. Ancaq proqram nöqtəsində telefonun Android
Oreo ilə qutudan çıxacağını söyləyə bilərik.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
