Logo
    main-post-cover

    Nokia 9-un dəqiq texniki özəllikləri məlum oldu

    Elm & Texnologiya
    19.12.2017
    Emil
    Bir çox məlumat sızıntısından sonra nəhayət ki, hələ anonsu olmamış Nokia 9 smartfonu haqqında dəqiq məlumatlar ortaya çıxdı.

    Belə ki, sözügedən cihaz ABŞ-ın əlaqələr üzrə federal komissiyasında sertifikatlaşdırmadan keçib. “HMD Global” şirkəti bu komissiyadan qeydiyyat üçün cihazın bir sıra məlumatlarını təqdim edib. Beləliklə Nokia 9-un texniki özəllikləri bizə məlumdur. Beləliklə Nokia 9 5.5 inç “LG” istehsalı OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, “Samsung” istehsalı 128 GB-lıq UFS 2.1 tipli daxili yaddaş, 3250 mAh enerji tuitumlu batareya, 5 MP-lik ön və 13 MP-lik ikili arxa kamera ilə təchiz olunacaq. Nokia 9 Android 8.0 Oreo əməliyyat sistemi vaitəsilə çalışacaq. Nokia 9-un təqdim olunma tarixi barədə hələ də heç bir məlumat yoxdur. Güman olunur ki, o, Yanvarda keçiriləcək CES 2018 və ya Fevralda keçiriləcək MWC 2018 tədbirində anons olunacaq

    Paylaş
    Bənzər xəbərlər