
Nokia 9-un ilk real fotoları sızdırıldı
Elm & Texnologiya
13.02.2018
Emil
SlashLeaks adlı nüfuzlu mənbə “HMD Global” şirkətinin MWC 2018 tədbirində təqdim etməsi gözlənilən Nokia 9 smartfonunun real fotoları sızdırıb.

Sızdırılmış fotolarda əks olunmuş
smartfon Nokia 9 haqqında əvvəlki məlumatları tədiqləyir. Belə ki, fotolardan
birində görmək olar ki, smartfonun ekranı kənar tərəflərdən əyilmiş formadadır.
Smartfonun arxasında şaquli ikili arxa kamera və onun sağ tərəfində işıqlandırma
sistemi yerləşdirilib. Barmaq izi skanı texnologiyasının harda yerləşəcəyini
fotolardan müəyyən etmək qeyri-mümkündür. Güman olunur ki, Nokia 9 5.5 inç OLED
ekran, Snapdragon 845 prosessoru, 3250 mAh enerji tutumlu batareya, biri 12 MP
digəri isə 13 MP olmaqla ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz
olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
