Nokia brendi PureBook X14 noutbukunu təqdim edib - QİYMƏTİ

Nokia brendi PureBook X14 noutbukunu təqdim edib - QİYMƏTİ

Texnologiya
15.12.2020 PAYLAŞIM

    11 illik fasilədən sonra Nokia brendi PureBook X14 adlı yeni nəsil noutbuk modelini təqdim edib. Yeni noutbuk alüminium materialdan hazırlanmış gövdə, 14 düym Full HD ekran, 10-cu nəsil Intel Core i5 prosessoru və bir çox giriş əldə edib. Nokia PureBook X14 modeli orta büdcəli noutbuk qismində çıxış edir. O, 10-cu nəsil Intel Core i5-10210 prosessoru əsasında hazırlanıb. Sözügedən prosessorun nüvəsi adi rejimdə 1.6 GHz tezlikdə, TurboBoost rejimində isə 4.2 GHz tezlikdə çalışır. Nokia PureBook X14 modeli 1920x1080 piksel keyfiyyətli 14 düym ekran ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən ekranın özü Dolby Vision texnologiyasını dəstəkləyir.


    Qrafik özəlliklərdən inteqrasiya edilmiş Intel UHD 620 prosessoru cavabdehdir. Hal hazırda bu noutbukun yalnız bir versiyası mövcuddur və o, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Nokia bildirib ki, PureBook X14 modeli bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilir. Sözügedən noutbukun əsas özəlliklərindən biri də odur ki, o, çoxlu sayda girişə sahibdir. Belə ki, noutbukun gövdəsində iki ədəd USB 3.1, USB 2.0, USB Type-C, HDMI, Ethernet, 3.5 mm-lik audiogiriş və Kensington təhlükəsizlik qıfılı var. Nokia PureBook X14 Windows 10 Home əməliyyat sistemi ilə birlikdə satılır. Bu noutbuk 18 dekabr tarixində 812$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×