Nokia brendi smart televizor üzərində çalışır
Elm & Texnologiya
13.11.2019
Farid Pardashunas
Görünür, HMD Global şirkəti OnePlus və Motorola şirkətlərinin ardınca smart televizorlar bazarına daxil olmaq qərarına gəlib. Belə ki, məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Hindistanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Nokia markalı smart televizoru aşkar edib. Bu barədə Gagadget saytı xəbər verib. Nokia-nın smart televizoru barəsində məlum olan tək şey ondan ibarətdir ki, o, 55 düym ekrana sahib olacaq.
Televizor barəsində digər bi məlumat yoxdur. Lakin güman etmək olar ki, televizor Ultra HD keyfiyyətli IPS və ya LED ekranla təchiz olunacaq və Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq. Nokia-nın smart televizor modelinin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Çox güman ki, o ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Hindistanda təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ