main-post-cover

    Nokia da gamer smartfonu üzərində çalışır (VİDEO)

    19.09.2018
    Farid Pardashunas
        Mobil oyunlar üçün nəzərdə tutumuş gamer smartfonları hal hazırda mobil cihazlar bazarında trend halına gəlib və hər bir şirkət bu trend üzrə getməyə çalışır. Razer, Asus, Xiaomi, HuaweiZTE kimi şirkətlərin öz gamer smartfonlarını təqdim etmələrindən sonra görünür, Nokia brendi də bu cür smartfonu təqdim etməyə hazırlaşır. Belə ki, şirkət özünün gamer smartfon modelini hazırladığını əks etdirən qısa video təqdim edib. 10 saniyəlik video bir sıra oyundan olan səhnələri və yeni smartfonun konturlarını əks etdirir. Video Nokia-dan olan gamer smartfonunun təqdimatına hazırlaşmağı məsləhət görür. Qeyd etmək lazımdır ki, uzun illər öncə Nokia şirkəti artıq bu cür smartfonu satışa çıxartmışdı. Söhbət, Nokia N-Gage modelindən gedir. Lakin həmin model uğursuz alınmışdı. Heç istisna deyil ki, təqdimatı gözlənilən Nokia X7Nokia 9 modellərindən biri də gamer smartfonu olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər