Nokia-nın 5G şəbəkə dəstəkli ilk smartfonu Nokia 8.3 - QİYMƏTİ

Nokia-nın 5G şəbəkə dəstəkli ilk smartfonu Nokia 8.3 - QİYMƏTİ

Texnologiya
20.03.2020 PAYLAŞIM

    Online təqdimat çərçivəsində Nokia brendi öz yeni smartfon modellərini təqdim edib. Ən çox diqqət isə Nokia 8.3 smartfonuna ayrılıb. Belə ki, bu, Nokia-nın 5G şəbəkə dəstəkli ilk smartfon modelidir. 5G şəbəkə dəstəyindən əlavə olaraq Nokia 8.3 smartfonu həmçinin çərçivəsiz ekran, Zeiss markalı 64 MP-lik arxa kamera və yüksək həcmli batareya əldə edib. Beləliklə Nokia 8.3 modeli HDR dəstəkli və Full HD+ keyfiyyətli 6.81 düym PureView ekran əldə edib. Ekranın aşağı hissəsindəki çərçivə istisna olmaqla digər çərçivələr maksimal dərəcədə nazik reallaşdırılıb.

Bənzər xəbər


    Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə Nokia 8.3 smartfonu 8 nüvəli Snapdragon 765G prosessoru, Adreno 620 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (400 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.89 diafraqmalı) + 12 MP (f/2.2 diafraqmalı və 120 dərəcə bucaq təsvirli modul) + 2 MP (makroobyektiv)  + 2 MP (ToF modul) dördlü arxa kamera, 24 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Bütün bunlardan əlavə olaraq smartfon həmçinin USB Type-C girişinə, 3.5 mm-lik audiogirişə və Google Assistant səsli köməkçisi üçün olan ayrıca fiziki düyməyə sahibdir. Barmaq izi skanı texnologiyası isə smartfonun kənar hissəsində yerləşir. Noki 8.3 5G smartfonu Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin o, Android 11 və daha yuxarı versiyalara kimi yenilənəcək. Smartfon bu ilin yay fəslində satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 599 avroya, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 649 avroya satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×