main-post-cover

    Nokia'nın keçmiş mühəndisi Windows Phone'nun nəyə görə uğur qazana bilmədiyini açıqladı

    29.07.2019
    Farid Pardashunas
        Windows əməliyyat sisteminin mobil versiyası istifadəçilər arasında məşhurluq qazana bilmədi. Microsoft şirkətinin bu iddialı layihəsi Google ilə Apple şirkətlərinin daha uğurlu məhsullarından geridə qaldı. Microsoft şirkətinin mobil bazardakı uğursuzluğunun səbəblərini Nokia-nın keçmiş mühəndisi açıqlayıb.
        O həmçinin ləğv edilmiş mobil Windows üçün tətbiqlərin hazırlanmasında da məşğul olurdu. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə həmin mühəndis öz Reddit hesabında Windows Phone-nun uğursuzluğunu və nəticədə onun bazardan yox olmasını bir sıra faktorlar ilə əlaqələndirdi:
    - Microsoft şirkəti Google Android-i ciddiyə almamışdı. Halbuki Android-in əsas cəlbedici tərəfi onun çoxlu sayda servislərə sahib olmasındadır: YouTube, Gmail, Google Maps və s. Microsoft şirkəti həmçinin heç gözləmirdi ki, Android əməliyyat sistemi bu cür templə yayılacaq.
    - Uğursuz olmuş Windows 8 əməliyyat sistemi həmçinin mobil versiyanı da uğursuz etdi. Kompüterlər üçün yeni əməliyyat sisteminin ortaya çıxmasına bazarın neqativ reaksiyası həmçinin Windows-un nüfuzuna ümumilikdə təsir etdi. Baxmayaraq ki, mobil versiyanın hazırlanması ilə tamamilə başqa komanda məşğul olurdu.
    - Mobil versiyanın istifadəyə verilməsi zamanı Microsoft-un nüfuzu heç də yaxşı vəziyyətdə deyildi. Şirkət alıcılara vermiş olduğu sözləri tutmadı və nəticədə söz verilmiş funksiyaların çoxu Android ilə iOS tərəfindən tətbiq olundu.
    - Burda həmçinin əsas faktor qismində istifadəçilərin Android ilə iOS-ə olan yüksək loyallıqları da çıxış edirdi. 2014-cü ilə kimi hər iki əməliyyat sistemi artıq yüksək müştəri bazasına sahib idi. Əgər Windows Phone yetəri sayta dəstək olunan tətbiqə sahib olsaydı da, istifadəçilərin Windows-a keçid etmələrinə ciddi bir səbəb yox idi.
        Bütün bunlardan sonra nəticə etibarilə Microsoft şirkəti 2017-ci ilin sonunda Windows Phone əməliyyat sistemini tamamilə ləğv edərək əsas diqqəti əməliyyat sisteminin desktop versiyasına yönəltdi. Buna baxmayaraq uğur qazana bilməmiş əməliyyat sisteminin bəzi müsbət cəhətləri də var idi. Məsələn Android ilə müqayisədə Windows Phone üçün tətbiqlərin hazırlanması daha asan başa gəlirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər