Nokia Sirocco seriyası geri qayıdır

Nokia Sirocco seriyası geri qayıdır

Texnologiya
02.02.2018 PAYLAŞIM

Nokia 5 modeli üçün olan Android 8.0 Oreo əməliyyat sisteminin beta versiyasında yeni maraqlı məlumatlar aşkar edilib.

    Belə ki, kamera tətbiqinin kodunda gələcək Nokia modellərinin adları aşkarlanıb və əsas diqqət Nokia 8 Sirocco modelinə ayrılıb. Köhnə Nokia seriyasında artıq bu cür ada sahib model olub. Söhbət, Nokia 8800 Sirocco Edition telefonundan gedir. Premium model olmuş bu telefon Nokia 8800-un davamçısı idi. Daha sonra isə 18 karatlıq qızıldan hazırlanmış korpusa sahib Sirocco Gold Edition satışa çıxmışdı. Görünür, “HMD Global” şirkəti məşhur premium seriyasını geri qaytarmağı planlaşdırır.



    Hələki tam olaraq aydın deyil ki, Nokia 8 Sirocco standart modeldən nə ilə fərqlənir. Bəlkə də bu ada 2018-ci ilin flaqman modeli layiq görüləcək. Bəlkə də şirkət daha varlı şəxslər üçün limitli Nokia 8 modeli hazırlayır. Qeyd etmək lazımdır ki, proqram təminatının kodunda həmçinin anonsu olmamış Nokia 1, Nokia 9Nokia 7 Plus modellərinin adları da aşkarlanıb. Maraqlısı ondadır ki, smartfonların adlarının yanında optika istehsalı ilə məşğul olan “Zeiss” şirkətinin adı da qeyd olunub. Çox güman ki, bu şirkət də sözügedən smartfonların yaradılmasında aktiv iştirak edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..

×