main-post-cover

    Nokia, tarixdə ilk dəfə olaraq 3D telefon danışığını həyata keçirib!

    Elm & Texnologiya
    12.06.2024
    Farid Pardashunas

         “Telefonda səsim çox fərqli səslənir” cümləsi tarixə çevrilir. Nokia, telefon zənglərini daha real və effektiv edəcək bir yeniliyi təqdim edib. Bu yeni texnologiya, 1991-ci ildə ilk 2G telefon danışığında iştirak edən CEO Pekka Lundmark tərəfindən təqdim edilib.

         Nokia tərəfindən hazırlanmış bu yeni texnologiya, cari telefon zənglərində istifadə olunan mono səsdən 3D səs mühitinə keçidi təmin edir. Bu keçid, səsin məkanlaşdırılması yolu ilə baş verir və bunun sayəsində, zəng edən şəxsin digər şəxslə eyni otaqda olduğunu hiss etməsini təmin edir. Nokia Technologies-in prezidenti Jenni Lukander, bu texnologiyanı "inqilabi yenilik" kimi adlandırır.
         Lukander-in sözlərinə görə, bu texnologiya, bu gün smartfon və kompüterlərdə istifadə edilən mono telefon səsinin tətbiqindən bəri canlı səsli zəng təcrübəsindəki ən böyük irəliləyişdir. Məsələn, konfrans zəngi zamanı siz iştirakçıları virtual məkanlarına görə, asanlıqla fərqləndirə biləcəksiniz. Bu, virtual görüşləri daha real və təbii edə bilər. Bəlkə də ən təəccüblüsü odur ki, bu texnologiya, heç bir xüsusi avadanlıq tələb etmir. Nokia-nın bu yeni həlli, mövcud smartfonlardakı mikrofonlardan istifadə edərək, audio məlumatlarını real vaxt rejimində ötürə bilir.
         Qeyd etmək lazımdır ki, bu texnologiya məhz vaxtında hazırlanıb. İmmersiv 3D audio, qarşıdan gələn 5G Advanced standartına uyğundur və onun gələcək şəbəkə texnologiyalarına inteqrasiya oluna biləcəyini göstərir. Nokia, artıq bu texnologiyanı lisenziyalaşdırmaq imkanlarını araşdırır və onu telekommunikasiya sənayesində dönüş nöqtəsi kimi görür. Nokia-nın son demo zəngi, standart 5G şəbəkəsi və adi smartfondan istifadə etməklə həyata keçirilib. Bu sınaq, texnologiyanın potensialını açıq şəkildə nümayiş etdirib. Yaxın bir neçə il ərzində bu texnologiya, gündəlik həyatımızın bir hissəsinə çevrilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global bu il ərzində 17 ədəd yeni Nokia mobil cihazını təqdim edəcək
    hmd-global-bu-il-erzinde-17-eded-yeni-nokia-mobil-cihazini-teqdim-edecek
    HMD Global şirkəti Nokia smartfonlarını hazırlamağa davam edəcək
    hmd-global-sirketi-nokia-smartfonlarini-hazirlamaga-davam-edecek
    Mobil cihazlar sahəsi tarixində ən  çox satılmış 15 cihazın reytinqini təqdim edilib
    mobil-cihazlar-sahesi-tarixinde-en-cox-satilmis-15-cihazin-reytinqini-teqdim-edilib
    HMD Global daha yeni Nokia smartfonlarını hazırlamaya bilər
    hmd-global-daha-yeni-nokia-smartfonlarini-hazirlamaya-biler
    Ekran üzərində çıxıntıya sahib daha bir Nokia: Nokia 5.1 Plus'ın texniki özəllikləri ortaya çıxdı
    ekran-uzerinde-cixintiya-sahib-daha-bir-nokia-nokia-5-1-plus-in-texniki-ozellikleri-ortaya-cixdi