Logo
    main-post-cover

    Nokia və Vodafone Avropa üçün 100 Gbit-lik internet sürəti söz veriblər

    Elm & Texnologiya
    03.02.2021
    Emil
        Nokia Vodafone yeni passiv optik şəbəkə (PON) texnologiyasının laboratoriya testlərinin uğurla yekunlaşdığını elan ediblər. Gözləntilərə əsasən artıq bu onilliyin sonuna sözügedən texnologiya Avropanı saniyədə 100 Gbit-lik internet ilə təmin edəcək. 100G PON adını əldə etmiş bu texnologiya modul arxitekturası əsasında qurulub və dalğanın yalnız bir optik uzunluğundan istifadə edir. Güman olunur ki, mövcud olan şəbəkə infrastrukturunun yeni texnologiyaya keçidini tədricən reallaşdırmaq mümkün olacaq
        Nokia və Vodafone-nun sözlərinə əsasən şəbəkə sürətinin yüksəlməsi öz növbəsində futuristik tətbiqlərin yaradılmasına şərait yaradacaq. Onlar bunu “internet üzərindən teleport” adlandırırlar. Bu cür yüksək şəbəkə sürətinin perspektivlərinə misal olaraq ailə üzvlərinin iştirakı ilə 3D holoqram formatında axşam yeməyini gətirmək olar. Bundan əlavə olaraq səhiyyə, təhsil, pərakəndə satış və s. kimi sahələrdə fəaliyyət göstərən şirkətlər də bu texnologiyada maraqlı olmalıdırlar. 100G PON texnologiyası reallaşdırılma mərhələsindən hələ çox uzaqdır. Lakin Vodafone Avropada artıq bu texnologiyanın infrastrukturunu qurmağa başlayıb.
    Paylaş
    Bənzər xəbərlər