main-post-cover

    Nokia X modelinin ilk videosu sızdırıldı

    02.05.2018
    Farid Pardashunas
    HMD Global şirkəti 16 May tarixində Nokia X (X6) modelini təqdim edəcək. Smartfonun fotoları artıq daha öncədən sızdırılmışdı. Lakin indi yeni Nokia modelinin əks olunduğu video yayılıb. Videoya əsasən demək olar ki, smartfon metal çərçivələrə və şüşə korpusa sahib olacaq. Bu barədə Slashleaks saytı xəbər verib. Smartfon ön paneldən iPhone X-dəki kimi çıxıntılı ekranla təchiz olunacaq.
    Arxa paneldə isə barmaq izi skanı texnologiyası, ikili kamera və işıqlandırma sistemi var. Smartfonun sağ kənarında yandırıb/söndürmə və səs tənzimlənməsi düymələri yerləşir. Təəssüflər olsun ki, sözügedən video Nokia X-in texniki özəllikləri barədə heç bir məlumat vermir. Şayiələrə əsasən smartfon 19:9 nisbətli 5.8 inç ekranla təchiz olunacaq. Cihazın iki versiyada təqdim olunacağı gözlənilir. Snapdragon 636 prosessoru və 4 GB RAM ilə təchiz olunmuş versiya 255$-a, MediaTek Helio P60 prosessoru və 6 GB RAM ilə təchiz olunmuş versiya isə 285$-a satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər