main-post-cover

    Nothing Ear (2) naqilsiz qulaqlığının press render fotoları təqdim edilib

    Elm & Texnologiya
    14.03.2023
    Farid Pardashunas
        Nothing şirkətinin 21 mart tarixində keçirəcəyi növbəti təqdimat tədbirinə az müddət qalmış OneLeaks ləqəbli məşhur insayder Ear (2) adlı naqilsiz qulaqlığın press fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, 21 mart tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində Nothing şirkəti məhz yeni naqilsiz qulaqlığını təqdim edəcək. Beləliklə insayder tərəfindən təqdim edilmiş press fotolardan da görmək olar ki, Ear (2) xarici görünüşcə Ear (1)-ə bənzəyəcək.
        Ear (2) vakuum konstruksiyasını və şəffaf gövdəni əldə edəcək. Texniki özəlliklərə gəldikdə isə Nothing-in yeni naqilsiz qulaqlığı 11.6 mm-lik audio dreyvelrər ilə təchiz olunacaq. Qulaqlıqların gövdələri həmçinin IP54 standartı üzrə sudan qorunacaqlar. Məlumata əsasən bir dəfə şarj olunandan sonra onlar 6 saat ərzində çalışa biləcəklər. Şarj keysi ilə birlikdə bu göstərici 36 saat təşkil edəcək. Təbii ki, Ear (2) ətraf səs-küyün adaptiv boğulması funksiyasını əldə edəcək və eyni anda 2 cihaza qoşulma imkanına sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər