main-post-cover

    Nothing şirkəti Ear (3) naqilsiz qulaqlığının təqdimatına hazırlaşır

    Elm & Texnologiya
    13.11.2023
    Emil Nəcəfov
         Nothing şirkəti bu ilin yaz fəslində Ear (2) adlı naqilsiz qulaqlığını təqdim etmişdi. Görünür, şirkət onun davamçısı olacaq Ear (3)-ün təqdimatına aktiv şəkildə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsasən Nothing şirkəti Ear (3) naqilsiz qulaqlığını yanvar ayında təqdim etməyi planlaşdırır. Sözügedən yeni naqilsiz qulaqlıq barəsində elə də çox məlumat yoxdur. Çox güman ki, şirkət Ear (3)-ün xarici görünüşünü bir qədər dəyişəcək. Bununla belə naqilsiz qulaqlığın şəffaf dizaynı özündə qoruyub saxlayacağı gözlənilir. Bununla yanaşı Ear (3)-də ətraf səs-küyün aktiv boğulması funksiyası daha da təkmilləşdirilməlidir. Yeni naqilsiz qulaqlığın hansı qiymətə satılacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şirkəti ləğv edilmiş power bank layihəsindən danışıb (VİDEO)
    nothing-sirketi-legv-edilmis-power-bank-layihesinden-danisib-video