main-post-cover

    Növbəti 48 saat ərzində bütün dünya üzrə internet bağlantılarında problemlər və kəsintilər ola bilər

    12.10.2018
    Farid Pardashunas
        Domen adları və IP ünvanlarının idarəsi üzrə komissiya (ICANN) kriptoqrafik açarların irimiqyaslı yenilənməsini etməyə hazırlaşır. Bu səbəblə bütün dünya üzrə internet kəsintiləri yaşana bilər. Sözügedən prosesə artıq bugün start veriləcək və bütün dünyanın provayderləri artıq prosedurun nəticələrinə hazırlaşırlar. ICANN təmsilçilərinin sözlərinə əsasən bütün lazımi proses 2 sutka çəkəcək. Beləliklə növbəti 48 saat ərzində bütün dünya üzrə internet bağlantılarında problemlər və kəsintilər yaşana bilər.
        Həmin müddət ərzində istifadəçilər internet səhifələrinin gec yüklənmələrini, bəzi saytlara girişin olmamasını və brauzerlərdə fotoların ləng şəkildə yüklənməsini müşahidə edə bilərlər. Məlumata əsasən ICANN bu prosesi hələ keçən il keçirtməyi planlaşdırırdı. Lakin həmin vaxtda provayderlər buna hazır deyildilər. ICANN tərəfindən kriptoqrafik açarların yenilənməsi sosial şəbəkə hesablarının şifrələrinin dəyişdirilməsinə bənzəyir. Yəni onsuz keçinmək qeyri mümkündür. ICANN onu da qeyd edib ki, ilk dəfədir ki, bu cür prosesi reallaşdırır və buna görə də bu, internetdə böyük səs-küyə səbəb ola bilər. Lakin gələcəkdə bu cür proseslər mütəmadi şəkildə yerinə yetiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər