main-post-cover

    Növbəti AirPods modelləri istifadəçinin identifikasiyası funksiyasını əldə edə bilərlər

    Elm & Texnologiya
    27.01.2022
    Emil Nəcəfov
        Apple şirkətinin yeni patentlərindən birində növbəti AirPods modellərində ola biləcək yeni funksiyalar barəsində məlumat aşkar edilib. Həmin funksiyalar həmçinin mövcud AirPods modellərində sistem yenilənməsi vasitəsilə də istifadəyə verilə bilər. Funksiyalar arasında həmçinin istifadəçinin identifikasiyası da var. Beləliklə şirkətin yeni patent sorğusuna əsasən qulaqlıqlar müxtəlif məlumatların istifadəçiyə ötürülməsində istifadə edilə bilərlər. Məsələn qulaqlıqlar smartfona daxil olmuş mətnli mesajın tərkib hissəsini istifadəçiyə nitq vasitəsilə ötürə bilər. Qeyd etmək lazımdır ki, iOS istifadəçiləri buna bənzər funksiyadan artıq istifadə edirlər. Məsələn istifadəçi Siri səsli köməkçisinə mesajın tərkib hissəsini ona oxumaq əmrini verə bilər. Bu halda əgər istifadəçi həmin mesaja cavab vermək istəsə, o, qulaqlıqlardan istifadə edərək lazımi mətni nitq formasında söyləyəcək.
        Lakin Apple şirkətinin fikrinə əsasən bu məsələdə ciddi problem var. Belə ki, sistem mövcud vəziyyətdə qulaqlıqlardan istifadə edən şəxsin mobil cihaz ilə qarşılıqlı əlaqədə olmaq üçün icazəyə sahib olub-olmadığını bilmir. Bu problemi aradan qaldırmaq üçün Apple şirkəti bütün iPhone, AirPods və hətta Apple Watch modellərinin bir-biriləri ilə qarşılıqlı əlaqə rejimində çalışmalarını istəyir. Bu halda qulaqlıqları onların əsl sahibi tərəfindən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün olacaq. Bunun üçün bütün bu cihazlardakı akselerometrlərdən əldə olunan hərəkət məlumatlarının müqayisə edilməsi təklif edilir.
        Beləliklə bütün bu cihazların bir insanda olub-olmadıqlarını təyin etmək olacaq. Xüsusi alqoritm hər bir cihaz vasitəsilə qeydə alınan hərəkətlərin oxşarlıq göstəricilərinin qiymətləndirilməsi ilə məşğul olmalıdır. Digər üsul isə ultrasəs texnologiyasının istifadəsinə əsaslanır. İstifadəçi qulaqlıqları qulaqlarına taxan zaman iPhone ultrasəs siqnalını işə salır. Əgər AirPods həmin siqnalı qəbul edərsə, bu, çox güman ki, qulaqlıqların bir adamda olduqlarına işarə edəcək. Bu dəqiqliyin yüksək səviyyəyə çatdırılması üçün prosesə Apple Watch da əlavə edilə bilər. Bu cür funksiyanın nəticədə olub-olmayacağı bilinmir. Heç istisna deyil ki, o sadəcə patent olaraq qalsın.
    Linki kopyala