Növbəti iPhone modellərinin alma loqoları işıq saçma özəlliyinə sahib ola bilərlər

Növbəti iPhone modellərinin alma loqoları işıq saçma özəlliyinə sahib ola bilərlər

Texnologiya
30.09.2019 PAYLAŞIM

    Apple şirkətinin əldə etdiyi yeni patentə əsasən şirkət gələcək iPhone modellərinin arxa panellərindəki alma loqolarına işıqlanma özəlliyini əlavə edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Patentə əsasən gələcək iPhone modelindəki alma loqosu diod işıqları əldə edəcək və müxtəlif rənglərdə işıq saçacaq. İstifadəçilər isə loqonun hansı rəngdə işıqlanacağını və nə zaman işıqlanacağını özləri ayarlaya biləcəklər.

    Məsələn loqonun işıqlanması vasitəsilə smartfon istifadəçiyə xəbər verə bilər ki, yeni daxil olan mesaj, bildiriş və ya buraxılmış zəng var. Smartfonun ayarlarında isə loqonun işıqlanma rəngini smartfon gövdəsi ilə eyni rəngdə etməklə bu cür bildirişləri gizlətmək olacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə olaraq patentdir və Apple şirkətinin onu öz məhsullarında reallaşdıracağı dəqiq deyil. Lakin bu ideya yeni bir ideya deyil. Belə ki, keçmiş MacBook modelləri uzun illər ərzində işıq saçan loqoya sahib olublar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×