
Nuance Dragon Drive: Gələcəyin avtomobil platformasına ilk baxış (VİDEO)
Elm & Texnologiya
07.01.2018
Emil
Proqram təminatı üzrə fəaliyyət göstərən “Nuance” şirkəti müasir avtomobillər üçün Dragon Drive adlı yeni platformanı təqdim edib.
Yeni platforma süni zəka,
artırılmış reallıq, baxışın və səsin təyin olunması və s. texnologiyaları əsasında
hazırlanıb. Məsələn platformada olan Just Talk funksiyası sayəsində istifadəçi
hər dəfə hansısa düyməyə klik etmədən və ya xüsusi əmr vermədən virtual köməkçi
ilə ünsiyyət qura bilər. Şirkət tərəfindən təqdim olunmuş videoda isə o,
avtomobillərin gələcəyi haqqında öz baxışını əks etdirib.
Sistemin digər özəlliklərinə
gəldikdə isə sürücü avtomobil daxilindən hansısa obyektə baxaraq onunla
qarşılıqlı əlaqədə ola bilər. Məsələn hansısa restoran və ya kafenin yanından
keçəndə sürücü həmin yerin çəkilmiş fotolarını görə və ya həmin yerə zəng edə
biləcək. “Avtomobillər sürətlə inkişaf edir və süni zəka üçün aparıcı platforma
ola bilərlər. Əsasən bu, internetə qoşulmuş pilotsuz sistemli avtomobillər ilə
mümkün olacaq” – deyə şirkət bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
