main-post-cover

    Nubia Red Magic Gaming Tablet flaqman planşeti təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    05.07.2023
    Emil Nəcəfov
        Red Magic 8S ProRed Magic 8S Pro+ flaqman smartfonları ilə yanaşı nubia şirkəti həmçinin Red Magic Gaming Tablet adlı flaqman planşetini də təqdim edib. Sözügedən planşet özündə flaqman texniki göstəriciləri və yüksək keyfiyyətli ekranı birləşdirir. Planşet metal materialdan hazırlanmış gövdəyə, yüksək sürətli şarj texnologiyasının dəstəyinə və düzbucaq dizaynda reallaşdırılmış arxa kamera sahəsinə sahibdir. Beləliklə Red Magic Gaming Tablet planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.1 düym IPS ekranla təchiz olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Ön kamera isə ekran üzərində olan nazik çərçivə daxilinə yerləşdirilib. Əsas texniki göstəricilər baxımından planşet Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet Android 13 vasitəsilə çalışır. Red Magic Gaming Tablet yaxın günlərdə Çində satışa çıxmalıdır. 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib model 539$-a, 16 GB RAM-a və 512 GB daxili yaddaşa sahib model isə 635$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər