Nüfuzlu insayder iPhone 12 barəsində yeni məlumatlar verdi

Nüfuzlu insayder iPhone 12 barəsində yeni məlumatlar verdi

Texnologiya
06.03.2020 PAYLAŞIM

    EverythingApplePro ləqəbli məşhur texnobloqqer iPhone 12 barəsində bir çox məlumat təqdim edib. Həmin məlumatları isə texnobloqqer XDA-Developers saytının baş redaktoru Max Weinbach-dan əldə edib. Max Weinbach doğru olan məlumat sızıntıları ilə məşhurdur. Yeni məlumat sızıntısında əsasən iPhone 12 Pro smartfonundan, iOS 14-dən və şirkətin planlarından xəbər verilib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Apple şirkəti bütün arxa kameraları 64 MP olan iPhone modelinin prototipini hazırlayıb.

    Bütün arxa kameraların 64 MP olmasının əsas səbəbi isə böyük məsafəli şəraitdə çəkiliş keyfiyyətinin yüksəldilməsidir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Apple çox güman ki, Google şirkətinin yolu ilə gedəcək. Söhbət, proqram təminatının təkmilləşdirilməsində gedir. Əsasən Smart HDR çəkiliş rejimi nəzərə çarpacaq dərəcədə təkmilləşdiriləcək. Bununla yanaşı bütün kameralar gecə çəkilişi özəlliyini əldə edəcəklər. Ultragenişbucaqlı kamera moduluna gəldikdə isə onun diafraqması f/1.6-ya kimi yüksələcək.

Bənzər xəbər


    Bunun sayəsində yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotolar əldə etmək mümkün olacaq. Obyektlərin daha yaxın məsafədən çəkilməsi üçün makorejimin əlavə olunacağı gözləninlir. Verilmiş məlumata əsasən iPhone 12 Pro Max modeli 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, iPhone 11 Pro Max modeli 3969 mAh enerji tutumlu batareya ilə təchiz olunnur. Batareya həcminin yüksəldilməsinin əsas səbəbi smartfonun 5G şəbəkəsində uzunmüddət çalışma tələbidir.

    Max Weinbach-ın sözlərinə əsasən Apple şirkəti hərəkətli kamera sistemindən istifadə etmək niyyətindədir. Bu halda ön kameralar və Face ID sensorları smartfon gövdəsinin yuxarı hissəsinin daixilinə inteqrasiya olunacaqlar və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Lakin bu cür konstruksiyanı iPhone 2020 modellərində gözləmək lazım deyil. iOS 14-ə gəldikdə isə insayder qeyd edib ki, bu ilki iOS 14 bir növ minor yenilənmə rolunu oynayacaq. Buna görə də onda ciddi yenilik və ya dəyişikliklərin olacağını gözləmək lazım deyil. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×