main-post-cover

    NUVİA: Amd və İntel'in yeni rəqibi gəlir

    Elm & Texnologiya
    19.11.2019
    Nijat Hamid
            Hal-hazırda bütün cihazlarda demək olar ki, ən vacib hissə CPU, yəni prosessordur. CPU bazarında AMD, İntel Qualcomm şirkətləri müəyyən bazar payı ilə fəaliyyət göstərirlər. Son çıxan Apple flaqman cihazlarında istifadə olunan A13 Bionic çipsetinin istehsalında iştirak edən şəxslər tərəfindən hazırlanan Nuvia adındakı yeni çipset əsasən data mərkəzləri üçün nəzərdə tutulub. 

    Nuvia çipseti köhnə Apple işçiləri John Bruno, Manu Gulati ve Gerard Williams III tərəfindən hazırlanıb və data mərkəzləri üçün nəzərdə tutulub.

            Nuvia çipsetinin əsas fərqləri daha az güc tələb etməsi, daha çox performans və güc verməsidir. İstehsalçılar həmçinin Google, Arm, Broadcom kimi şirkətlərlə də müqavilələr imzalayaraq 100-ün üstündə patentə malik olduqlarını bildirdilər. Digər çipsetlər kimi Nuvia'nın da ARM arxitekturasını istifadə edəcəyi gözlənilir. Hal-hazırda Dell kimi nəhəng bir şirkətdən 53 milyon dollar investisiya alan Nuvia çipsetindən yaxın günlərdə streaming servislər açan bir çox şirkətin istifadə etməsi düşünülür. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər